Gülənin ekstradisiyası ilə bağlı xəbər təkzib olundu
Azvision.az xəbər veir ki, Dövlət Departamentinin sözçüsü Hizer Nauert məsələnin aydınlaşdırılması üçün Ağ Evlə əlaqə saxladıqlarını və Trampın belə bir göstəriş vermədiyini deyib.
Qeyd edək ki, ABŞ-ın “NBC News” telekanalı Gülənin ekstradisiyasına dair qanuni yolların araşdırılması üçün Trampın Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili İşlər Nazirliyini təlimatlandırdığını bildirmişdi. İddiaya görə, ABŞ səudiyyəli jurnalist Camal Kaşoqinin qətlindən sonra baş verən hadisələr fonunda belə bir qərar qəbul edib və Gülənin ekstradisiyası ilə Türkiyənin Səudiyyəyə təzyiqlərini yumşaltmaq istəyir.
Leyla Elbrusqızı
Azvision.az