Şimali Koreya yeni silahını sınaqdan keçirdi

Şimali Koreya yeni silahını sınaqdan keçirdi
  16 Noyabr 2018    Oxunub:2882
Şimali Koreya lideri Kim Çen In yeni yüksək texnologiyalı naməlum silahın sınaqdan keçirilməsində iştirak edib.
Azvision.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentlii Şimali Koreya KİV-nə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Şimali Koreyanın mərkəzi televiziyası Kim Çen Inın Milli Müdafiə İnstitutunun poliqonuna gələrək taktiki silahın sınaqdan keçirilməsi prosesini izləyib. Məlumata görə, rəsmi Pxenyan artıq uzun illərdir ki, bu silah üzərində işləyirdi.

Televiziya adı açıqlanmayan silahın Şimali Koreya ərazisinin tam və hərtərəfli müdafiəsinə, həmçinin, ordunun döyüş gücünün əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına hesablandığı bəyan edib: “Yüksək texnologiyalı taktiki silahın sınağı uğurla keçdi”.

Yeni silah barədə başqa məlumat verilməyib.

Qeyd edək ki, bu, 2017-ci ilin noyabrında Kim Çen Inın “Hwasong-15” qitələrarası ballistik raketinin buraxılmasında iştirakından sonra Pxenyanın keçirdiyi ilk silah sınağıdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Koreya  





Xəbər lenti