Paşinyanın izlədiyi hərbi təlimdə biabırçı səhv - VİDEO

Paşinyanın izlədiyi hərbi təlimdə biabırçı səhv -  VİDEO
  16 Noyabr 2018    Oxunub:5901
Bu gün Ermənistan ordusunun “N” saylı hərbi hissəsində taktiki hərbi təlimlər keçirilib.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, təlimi Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, müdafiə naziri Davit Tonoyan və Baş Qərargahın birinci müavini, general-mayor Onik Qasparyan izləyib.
Hərbi təlim zamanı erməni hərbçilər səhvən az qala döyüş vasitəsi olan tankı məhv edəcəkdilər. Təlimin videosunda açıq şəkildə görünür ki, hərbçilər düzgün hesablama apara bilmədiklərinə görə, minaatandan atdıqları mərmi tankın qarşısına düşüb.Tankçı vaxtında manevr edərək atəşdən yayına bilib.

Erməni mediası isə vəziyyəti “taktiki manevr” kimi dəyərləndirməyə çalışıb. Təlim çətin hava şəraitində müəyyən edilən yüksəklikləri ələ keçirməkdən ibarət olub. Kadrlardan göründüyü kimi ərazi dağlıqdır. Buna görə, ağır texnikanın qarşısına atəş açmaq mövcud təlimdə uyğunsuzluq təşkil edir. Belə ki, şərti düşmən dağın başındadır və postda müdafiə olunur. Və şərti düşməni məhv etmək üçün minaatanların atəşi çox vaxt daha məqsədəuyğundur.

Digər tərəfdən tankın qarşısındakı hər hansı bir düşməni və onun texnikasını məhv etmək üçün tankın mərmiləri (140 mm) minaatanın mərmilərindən (80 mm) daha səməriilidir və çox dağıdıcı effektə malikdir. Bugünkü təlim isə işğalçı ölkə ordusundakı döyüş heyətinin qeyri-peşəkarlığınının əyani sübutudur. Ölkə rəhbərliyinin qarşısında belə bir biabırçı səhvin edilməsi isə daha gülünc təsir bağışlayır.



İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Ermənistan   OrduTəlim  





Xəbər lenti