Almaniya hər cür ssenariyə hazırdır – Rəsmi Berlin

 Almaniya hər cür ssenariyə hazırdır –  Rəsmi Berlin
  16 Noyabr 2018    Oxunub:3975
Almaniya “Brexit”lə bağlı bütün mümkün ssenarilərə hazırdır.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyinin sözçüsü bəyan edib. O, bildirib ki, rəsmi Berlin Böyük Britaniyanın Avropa İttifaqından çıxış formasının mexanizmlərini ehtiva edən “Brexit” prosesinə dair saziş layihəsinin müddəalarını diqqətlə nəzərdən keçirir.

“Biz hələ sadəcə saziş layihəsilə tanışıq və indi onu diqqətlə araşdırırıq. Bununla yanaşı, “Brexit”lə bağlı bütün mümkün ssenarilər üçün ehtiyat tədbirlər görürük” – nazirliyin sözçüsü deyib.

O, vurğulayıb ki, Britaniyanın İttifaqdan çıxmasının ən pis ssenarisi heç bir sazişin imzalanmayacağı nizamsız “Brexit” olacaq: “Amma indi əlimizdə saziş var və başqa hər şey ehtimal olaraq qalır.”

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Britaniya   Almaniya  





Xəbər lenti