Ərdoğan Trampla Kaşoqi və FETÖ məsələsini müzakirə edib

 Ərdoğan Trampla Kaşoqi və FETÖ məsələsini müzakirə edib
  17 Noyabr 2018    Oxunub:3516
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentlər telefon danışığında iki ölkə arasındakı əlaqələrin inkişafı, jurnalist Camal Kaşoqinin qətli, ABŞ-da davam FETÖ araşdırmasını müzakirə ediblər.

Ərdoğan və Tramp Kaşoqi cinayətinin aşkara çıxarılmasının, qətlin ört-basdır edilməsinə icazə verilməməsinin vacibliyini vurğulayıblar.

Bundan əlavə, terror təşkilatlarına qarşı mübarizədə Türkiyə və ABŞ-ın daha yaxından işbirliyi qurmasının önəmidən danışılıb. Ərdoğan ABŞ-dan PKK/PYD terror təşkilatına yardımları dayandırmağı tələb edib.

Azvision.az




Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti