Bir il əvvəl itən sualtı qayıq tapıldı
Həmçinin Argentina Hərbi Dəniz Qüvvələrinin 3 zabiti kompaniyanın “Seabed Constructor” gəmisinin göyərtəsindən əməliyyatı müşahidə edib.
Xatırladaq ki, Argentinanın Uşuaya limanından səfərə çıxan və göyərtəsində 44 ekipaj üzvünün olduğu dizel-elektrik mühərrikli “San Juan” sualtı qayığı ilə əlaqə 2017-ci il noyabrın 15-də kəsilmişdi. Noyabrın 30-da ölkənin Hərbi Dəniz Qüvvələri ekipajin xilas edilməsi üzrə əməliyyatların dayandığını, sualtı qayığın axtarışlarının isə davam etdiyini bildirib. Lakin axtarışlar nəticəsiz qalıb və hökumət axtarışları dayandırmışdı.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Argentina