Pentaqon Türkiyə barədə Konqressə hesabat təqdim etdi
“Milli müdafiəyə ayrılan büdcə xərcləri haqqında qanunda nəzərdə tutulduğu kimi, növbəti addımlar barədə qərarların qəbulu üçün Pentaqon “F-35” proqramına dair hesabatı Konqressə təqdim edib. Gələn həftə isə Pentaqon hesabatla bağlı yeni məxfi informasiya təqdim edə bilər”, – deyə Endryus bildirib.
Qeyd edək ki, 2002-ci ildən etibarən ““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində ABŞ-dan 100 ədəd “F-35” qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.
Lakin daha sonra qəbul olunan ABŞ-ın 2019-cu maliyyə ili üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsində qeyd olunub ki, Pentaqon Ankaranın "F-35" sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə yarana biləcək riskləri hesablayanadək ABŞ Senatı Ankaraya "F-35" qırıcılarının satışına qadağa qoyur.
Leyla Elbrusqızı
Azvision.az