FTB Fətullah Gülənin ekstradisiyasına hazırlaşır

FTB Fətullah Gülənin ekstradisiyasına hazırlaşır
  17 Noyabr 2018    Oxunub:3610
ABŞ prezidenti Donald Trampın FETÖ təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı göstərişindən sonra Federal Təhqiqatlar Bürosu Ankaradan təşkilatla bağlı yeni bilgi və sənədlər istəyib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Federal Təhqiqatlar Bürosu FETÖ ilə bağlı başlatdığı istintaq çərçivəsində Güləni mühakimə etmək niyyətindədir.

Məlumatda qeyd olunub ki, Mərkəzi Kəşfiyyat İdarəsi qoruduğu Gülənin Türkiyəyə ekstradisiyasına maneə olmaq üçün əlindən gələni edir. Bu məqsədlə Gülənin üçüncü bir ölkəyə göndərilməsinə çalışılır. FTB isə FETÖ liderini Türkiyəyə verməkdə israrlıdır.

Qeyd edək ki, “NBC News” bir neçə gün öncə ABŞ prezidenti Donald Trampın FETÖ təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı göstəriş verdiyini açıqlayıb. Bildirilib ki, Gülənin ekstradisiyasına dair qanuni yolların araşdırılması üçün Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili İşlər Nazirliyi təlimatlandırılıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Tramp   Gülən   Türkiyə  





Xəbər lenti