Tonoyan yüksək rütbəli zabitləri ordudan qovdu

Tonoyan yüksək rütbəli zabitləri ordudan qovdu
  17 Noyabr 2018    Oxunub:4306
Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən David Tonoyan bir neçə yüksək rütbəli zabiti ordudan qovub.

Azvision.az xəbər verir ki, buna səbəb nazirliyə məxsus yük maşınının Gorus-Qubadlı yolunda törətdiyi ağır qəzada 4 hərbçinin ölməsidir.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, ordunun birinci tank piyadalarının tağım komandiri, baş leytenant Q.M, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin avtomobil xidmətinin rəisi, mayor M.A, dördüncü zirehli tank batalyonunun komandir müavini, kapitan Ş.A və həmin batalyonun keçmiş komandiri, mayor S.B tutduğu vəzifələrdən kənarlaşdırılıblar.

Aralarında polkovniklərin də olduğu bir neçə yüksək rütbəli zabit isə xəbərdarlıq və ciddi töhmət alıb.

Ovannisyan onu da vurğulayıb ki, bu cür cəzalar və vəzifədən azad olunma 4 erməni hərbçinin ölümünə görə adı çəkilən şəxsləri cinayət məsuliyyətindən azad etmir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Ordu  





Xəbər lenti