Hollandiyalı alim Bakıda mühazirə deyib - Fotolar

Hollandiyalı alim Bakıda mühazirə deyib -  Fotolar
  17 Noyabr 2018    Oxunub:1554
Dövlət Miqrasiya Xidmətində Amsterdam Azad Universitetinin miqrasiya hüququ və beynəlxalq himayə sahəsi üzrə tanınmış alimi Qalina Kornelisin "Miqrasiya və təhlükəsizlik" mövzusunda mühazirəsi dinlənilib.
DMX-dan Azvision.az-a verilən xəbərə görə, xanım Kornelis, Avropada fundamental hüquqlar, beynəlxalq hüquq, miqrasiyanın idarə olunması modeli, miqrasiya qanunvericiliyinin inkişafı, miqrasiya və əmək, miqrasiya və təhlükəsizlik, qaçqınların müdafiəsi və digər mövzular barədə ətraflı məlumat verib.



Tədbir Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə (MSİBM) birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Azvision.az


Teqlər: DMX   Mühazirə  





Xəbər lenti