Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub

   Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub
  03 May 2024    Oxunub:687
Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.

"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - deyə MN-dən bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti