Paşinyan nədən qorxur? - 300 nəfərlik kəndə 3000 xüsusi təyinatlı yeridildi

   Paşinyan nədən qorxur?    - 300 nəfərlik kəndə 3000 xüsusi təyinatlı yeridildi
  03 May 2024    Oxunub:913
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər əsasən Tavuş vilayətində etiraz aksiyaları keçirilir.
Kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar.

96 yaşlı erməni aksiyada döyüldü - VİDEO
Dünən isə Ermənistanın Azərbaycanla sərhəd kəndi olan Kirantsda vəziyyət daha da gərginləşdi. Polis etiraz aksiyası keçirərək delimitasiya prosesinə, ərazilərin minalardan təmizlənməsinə mane olan 31 radikalı saxladyıb.

Yerli medianın yaydığı məlumata görə, Kirantsda bu gün növbəti "təmizləmə" işləri aparılıb. "Mamul" nəşri yazıb ki, artıq kəndlilərin quraşdırdıqları çadırlar da dağıdılıb. "350 sakini olan kəndə 3000 qara beretli, xüsusi təyinatlı cəlb olunub", - məqalədə qeyd edilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Etiraz   Kənd  





Xəbər lenti