Çeçenistanda qadın özünü partladıb

Çeçenistanda qadın özünü partladıb
  17 Noyabr 2018    Oxunub:3147
Çeçenistanın paytaxtı Qroznıda naməlum qadın özünü partladıb.
Azvision.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikası daxili işlər nazirinin vəzifələrini yerinə yetirən general Apti Alaudinov jurnalistlərə bildirib.

O, qeyd edib ki, naməlum qadın Qroznı şəhərinin Staropromıslovskaya rayonunda nəzarət-keçid məntəqəsi yaxınlığında özünü partladıb. Generalın sözlərinə görə, məntəqədə keşik çəkən polis əməkdaşları qadının qəribə davranışından şübhələnib xəbərdarlıq atəşi açıblar. Bundan sonra qadın üstündəki partlayıcı qurğunu işə salıb.

General əlavə edib ki, hadisə nəticəsində zərərçəkən yoxdur. Hazırda qadının şəxsiyyəti və əlbir olduğu cinayətkarların müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Azvision.az



Teqlər: General  





Xəbər lenti