ABŞ-da meşə yanğınları - Ölü sayı 76-ya çatdı

ABŞ-da meşə yanğınları -  Ölü sayı 76-ya çatdı
  18 Noyabr 2018    Oxunub:3881
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 76 nəfər çatıb.

Azvision.az xəbər verir ki, bu barədə ştatın Byut dairəsinin şerifi Kori Honi bildirib. Onun sözlərinə görə, təbii fəlakət zamanı 1276 nəfər itkin düşüb.
Xatırladaq ki, Kaliforniyada meşə yanğınları 8 noyabrdan başlayıb və indiyədək ştat tarixində ən böyük yanğına çevrilib. Təbii fəlakət artıq 8800-dən çox infrastrukturu dağıdıb, 52 mindən çox insan təxliyə olunub. 250 min sakin isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Azvision.az



Teqlər: Meşə   Yanğın  





Xəbər lenti