Mikayıl Cabbarovun yeni kadrları: Onlar kimdir?
BŞTİ müdirinin birinci müavini vəzifəsinin icrası həvalə edilən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıtıb.
On ilə yaxın müddətdə müxtəlif rəsmi qurumlarda dövlət qulluqçusu kimi uğurla fəaliyyət göstərməkdədir. Dövlət qulluğunun kiçik müşaviri dərəcəsinə malikdir.
BŞTİ-nin müdir müavini təyin edilmiş Məmmədəli Kəsəmənli Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.1984-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb.1990-2013-cü illərdə Bakı şəhərindəki müxtəlif məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. BŞTİ-nin müdir müavini vəzifəsində tədris və təlim məsələləri ilə məşğul olacaq.
BŞTİ-nin müdir müavini təyin edilmiş Nərgiz Səfərova Qərb Universitetinin iqtisadiyyat fakültəsində bakalavriat və magistratura səviyyələri üzrə iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına yiyələnmişdir. Uzun müddət özəl sahədə ixtisası üzrə müxtəlif yüksək vəzifələrdə çalışıb. BŞTİ-nin müdir müavini vəzifəsində maliyyə hesabatlılığı üzrə islahatların aparılması, bu sahədə şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və innovasiyaların tətbiqi məsələlərinə cavabdeh olacaq.
Sevinc İltifatqızı