Eks-müdafiə naziri Zakir Həsənovu təriflədi: “Yaxşı hərbçi idi” - EKSKLÜZİV

Eks-müdafiə naziri Zakir Həsənovu təriflədi: “Yaxşı hərbçi idi” - EKSKLÜZİV
  31 Oktyabr 2013    Oxunub:3074
“Yaxşı hərbçi olmasaydı nazir olmazdı”

Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayev general-polkovnik Zakir Həsənovun nazir təyinatına münasibət bildirib. AzVision.az-a eksklüziv açıqlamasında general-mayor Dadaş Rzayev yeni müdafiə nazirini yaxından tanıdığını, onun yaxşı hərbiçi olduğunu bildirib.

Eks-nazir həmçinin Zakir Həsənovun yüksək potensiala malik olduğu qeyd edib.

“Müdafiə Nazirliyindəki bu dəyişikliklə bağlı yenicə eşitmişəm. Çünki Azərbaycanda yox idim. Təzə gəlmişəm. Zakir Həsənovu yaxşı tanıyıram. Daxili Qoşunların Komandanı olub. Onunla tədbirlərdə görüşürdük. Ali Baş Komandan təyin edibsə, deməli yaxşı hərbiçidir. Elə belə hərbiçini müdafiə naziri təyin etmirlər ki”- deyə D. Rzayev yeni naziri tərifləyib.

Sabiq nazir həmkarı Səfər Əbiyevin nazirlik postundan uzaqlaşdırlması barədə danışmaq istəmədiyini deyib.

Qeyd edək ki , Dadaş Rzayev (20 fevral 1993- cü ilin fevaral ayından iyunun – 17- nə kimi — Azərbaycan Respublikasının Müdafiə Naziri vəzifəsində çalışıb. Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti