Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb

 Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
  19 Noyabr 2018    Oxunub:2982
Bolqarıstanı yeni kütləvi etiraz aksiyaları bürüyüb.
Aksiya iştirakçıları aşağı gəlirlər, yüksək enerji və qaz tarifləri, həyat səviyyəsinin aşağı düşməsi səbəbindən küçələrə çıxaraq hökuməti istefaya çağırıblar.

Sofiya, Plovdiv, Dobrıç, Qabrovo, Montana, Yambol və digər şəhərlərdə etirazçılar yolları bağlayıblar. Paytaxt Sofiyanın müxtəlif məkanlarında asayişin qorunmasına iki min polis əməkdaşı cəlb olunub.

Ölkənin daxili işlər naziri Mladen Marinov bildirib ki, aksiyaların dinc şəraitdə keçirilməsi təmin edilib. (AzərTAc)

Azvision.az



Teqlər: Bolqarıstan   Etiraz   Aksiya  





Xəbər lenti