Növbəti miqrant karvanı ABŞ sərhədində

Növbəti miqrant karvanı ABŞ sərhədində
  19 Noyabr 2018    Oxunub:2504
Daha bir miqrant karvanı ABŞ-a sığınmaq üçün Salvadordan yola düşüb.
Azvision.az “EFE” agentliyinə istinadən xəbər verir ki, 198 miqrantdan ibarət karvanın ABŞ-a çatması üçün Qvatemala və Meksika sərhədlərini keçməlidirlər.

Bu, Amerikaya yollanan sayca artıq 4-cü miqrant karvanıdır. ABŞ sərhədlərini keçməyə çalışan miqrantların ümumi sayı isə 7 mindən çoxdur.

Xatırladaq ki, Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışaraq ABŞ-da sığınacaq tapmaq üçün yola çıxan 3 karvandan ibarət 7 min miqrantın 2 min nəfərlik ilk qrupu artıq ötən həftə Meksikanın Amerika ilə sərhəddindəki Tixuana şəhərinə çatıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkənin cənub sərhədlərində fövqəladə vəziyyət elan edərək Latın Amerikası ölkələrindən gələn miqrant köçünün qarşısını almaq üçün sərhəddə 15 min əsgər göndərəcəyini bildirmişdi. O həmçinin, Qvatemala, Salvador və Honduras hökumətlərini hədələmişdi ki, vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımlarını dayandıracaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Miqrant   ABŞ  





Xəbər lenti