Kaliforniyadakı yanğınlarda ölü sayı 80-ə çatdı

Kaliforniyadakı yanğınlarda ölü sayı 80-ə çatdı
  19 Noyabr 2018    Oxunub:2655
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı ştatın yanğından mühafizə xidmətinə itinadən məlumat yayıb. Qeyd olunur ki, tapılan 80 cəsəddən 63-nün kimliyini müəyyənləşdirmək mümkün olub. Onların əksəriyyəti Kaliforniya ştatının Byut dairəsinin sakinləridir.

Hazırda itkin düşənlərin sayı 1202 nəfərdir. Bundan əvvəl ölü sayının 76, itkin düşənlərin isə 1276 nəfər olduğu bildirilirdi.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları 8 noyabrdan başlayıb və indiyədək ştat tarixində ən böyük yanğına çevrilib. Nəticədə ABŞ prezidenti Donald Tramp şatatda fövqəladə vəziyyət elan edib. Təbii fəlakət artıq 8800-dən çox infrastrukturu dağıdıb, 52 mindən çox insan təxliyə olunub. 300 mindən çox sakin isə öz evini tərk etmək məcburiyyətində qalıb.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kaliforniya   ABŞ  





Xəbər lenti