İlham Əliyev keçmiş həmkarı ilə görüşdü

İlham Əliyev keçmiş həmkarı ilə görüşdü
  31 Oktyabr 2013    Oxunub:1492
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiçi qəbul edib
Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun ölkələr və xalqlar arasında dialoqun genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

AzVision.az


Teqlər:





Xəbər lenti