Britaniya islam istiqrazları buraxacaq

Britaniya islam istiqrazları buraxacaq
  31 Oktyabr 2013    Oxunub:1678
Bu addım Britaniyada İslam səhm bazarının inkişafına təkan verəcək
Britaniyanın baş naziri David Cameron Londonda keçirilən Dünya İslam İqtisadi Forumunda çıxışı zamanı bəyan edib ki, Britaniya islam intiqrazlarını buraxan ilk Avropa ölkəsi olacaq. Sukuk kimi tanınan istiqrazlarda şəriət qanunlarının tələb etdiyi kimi faiz dərəcəsi yoxdur. Baş Nazir David Cameron qeyd edib ki, Britaniya hökuməti gələn ilə qədər təqribən 200 milyon funt sterlinq dəyərində istiqraz buraxacaq. Bu ideya nəticəsidə Britaniyada İslam səhm bazarının inkişafına təkan verəcək. Baş nazir London Fond Birjasının islam indeksinin hazırlanmasına başladığını da elan edib.


Teqlər:  





Xəbər lenti