Erməni hərbçi qəza törətdi: Ölən və yaralılar var

 Erməni hərbçi qəza törətdi:  Ölən və yaralılar var
  19 Noyabr 2018    Oxunub:4210
Ermənistanın Geğarkunik vilayətində ağır yol qəzası baş verib.
Azvision.az “Shamshyan.com”-a istinadən xəbər verir ki, “Opel Astra” markalı avtomobil yolun kənarındakı maneələrə çırpıldıqdan sonra idarəetməni itirib və dərəyə aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 23 yaşlı Arsen Karapaetyan isə hadisə yerində ölüb.

Hadisəni törədən sürücü 21 yaşlı Quren Z. Ermənistan ordusunun hərbi qulluqçusudur. Faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Ermənistan   Qəza   Hərbçi  





Xəbər lenti