Ər-Riyaddan münaqişə iştirakçılarına çağırış

Ər-Riyaddan münaqişə iştirakçılarına çağırış
  19 Noyabr 2018    Oxunub:3311
Rəsmi Ər-Riyad bütün tərəfləri Suriya böhranının siyasi yolla həllinə çağırır.
Azvision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səud Məsləhət Şurasının növbəti sessiyasının açılışında çıxış edərkən deyib. Bildirib ki, Ər-Riyad regional münaqişələrin həlli istiqamətində öz səylərini davam etdirəcək.

“Səudiyyə Ərəbistanı hər kəsi Suriyanı böhrandan çıxaracaq, oradakı terror qruplaşmalarını sıxışdırıb kənara atacaq və suriyalı qaçqınların geri qayıtmasına imkan verəcək siyasi nizamlanmaya səsləyir” – kral Salman bəyan edib.

O, həmçinin bildirib ki, Ər-Riyadın Yəməndə hərbi iştirakı İranın pozucu fəaliyyətinə qarşı yönəlib.

“İrandakı rejim həmişə başqa ölkələrin daxili işlərinə müdaxilə edib, terrorizmi maliyyələşdirib, regiondakı bir çox ölkələrdə xaos və xarabalıq yaradıb. Bizim Yəməndəki mövqeyimiz seçim yox, Yəmən xalqını İranın dəstəklədiyi silahlı qiyamçılardan qorumaq borcudur.”

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Suriya  





Xəbər lenti