Oxuduğu universitetə 1.8 milyard dollar bağışladı

  19 Noyabr 2018    Oxunub : 2155
 Oxuduğu universitetə 1.8 milyard dollar bağışladı
Amerikalı məşhur milyarder Maykl Blumberq məzun olduğu universitetə böyük məbləğdə pul bağışlayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarderin gözlənilməz addımı Amerikada təəccüb doğurub.

Məlum olub ki, Blumberqin 1964-cü ildə başa vurduğu Cons Hopkins universitetinə hədiyyə etdiyi pul 1,8 milyard dollardır. Bu, ABŞ-da təhsilin inkişafına ayrılan ən böyük ianədir.

"Amerikalılar pulqabılarının böyüklüyünə görə deyil, gördükləri işlərin keyfiyyətinə görə hədiyyə almalıdırlar. Tələbələrin təhsil haqqına görə universitetlərdən qovulması qəbul edilə bilməz", - deyə milyarder söyləyib.

Qeyd edək ki, Maykl Blumberq 2002-2013-cü illərdə Nyu-Yorkun meri işləyib. Onun 2020-cü ildə prezident seçkilərində namizəd olacağı gözlənilir.

Azvision.az

Teqlər: Milyarder