QMİ zəvvarların infeksiyaya yoluxmasını TƏKZİB etdi

QMİ zəvvarların infeksiyaya yoluxmasını TƏKZİB etdi
  31 Oktyabr 2013    Oxunub:962
“Yayılan məlumatlar yalnışdır, belə hal baş verməyib”

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev Həcc ziyarətindən yenicə qayıdan bir neçə zəvvarın kəskin infeksion xəstəliyə yoluxması haqda yayılan məlumatlara aydınlıq gətirib.

QMİ rəsmisi AzVision.az-a açıqlamasında zəvvarlarımız arasında infeksion xəstəliyin aşkar edilmədiyini deyib.

“ Bizim zəvvar qrupları ilə birlikdə həkimlər də həmin ziyarətdə olublar. Əgər hər hansısa bir xəstəlik olsaydı, bizdə məlumat olardı. Mətbuatda yazılan kəskin yolxucu infeksiya əlamətlərini müşahidə etməmişik. Yayılanlar yalnış məlumatdır. Çünki qayıdana kimi biz zəvvarlarda hər hansısa xəstəlik əlaməti aşkar etmədik. Mən özüm də onlarla bərabər olmuşam. Sadəcə olaraq iqlimin dəyişməsindən soyuqdəymə, qrip kimi xəstəliklər ola bilər. Kimsə 45 dərəcə istilikdən 18 dərəcə istiliyə gəlib düşür. Təbii ki, belə halda öskrüək, qripdə olması normaldır. Əvvəlki illərdə kəskin soyuq dəymə, qrip kimi hallar olsada bu il heç o da olmadı . Çox yaxşı ziyarət oldu. Həmçinin zəvvarlar arasında ürək çatışmazlığı, rəhmətə gedənlərdə olmadı.
Müəyyən adamların, mətbuat adamlarının işi peşəsi qurtarıb birinin üstünə 10 -u qoyub yalnış məlumatlar danışırlar”.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti