İraq Suriyaya zərbə endirdi - 40 terrorçu zərərsizləşdirildi

 İraq Suriyaya zərbə endirdi -  40 terrorçu zərərsizləşdirildi
  20 Noyabr 2018    Oxunub:2541
İraq Silahlı Qüvvələri Suriyadakı İŞİD mövqelərinə hava zərbələri endirib. Nəticədə 40 terrorçu və onlara məxsus obyektlər məhv edilib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, İraqın F-16 qırıcı təyyarələri İŞİD-in silah anbarının yerləşdiyi obyekti dağıdıblar. Hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib.

"Uğurlu əməliyyat terrorçuların silah anbarının darmadağın edilməsilə nəticələndi. Anbarda 10 terorçu, raketlər və İŞİD-ə məxsus partlayıcılar var idi" - bəyanatda deyilib.

Eyni zamanda bildirilir ki, digər zərbələr nəticəsində 30 İŞİD döyüşçüsünün gizləndiyi bina da darmadağın edilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İŞİD   İran   Suriya  





Xəbər lenti