Məmmədyarov ukraynalı nazirin müavini ilə görüşüb

Məmmədyarov ukraynalı nazirin müavini ilə görüşüb
  01 Noyabr 2013    Oxunub:997
Nazir Elmar Məmmədyarov Ukraynanın Xarici işlər nazirinin birinci müavini Ruslan Demçenkonu qəbul edib.
AzVision.az xarici işlər nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ruslan Demçenko Azərbaycanda keçirilmiş prezident seçkiləri və hökumətin yeni tərkibinin formalaşdırılması münasibətilə səmimi təbriklərini ifadə edərək, Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Bakıda keçirilən Humanitar forumda iştirak etdiyini deyən Ruslan Demçenko Forumun yüksək səviyyədə təşkil edildiyini və Ukraynanın geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb.
Öz növbəsində Nazir Elmar Məmmədyarov isə Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün qarşılıqlı möhkəm siyasi iradənin və geniş potensialın olduğunu qeyd edərək, Ukraynanın ATƏT-in Fəaliyyətdə olan sədri statusunda fəaliyyətini yüksək qiymətləndirildiyini bildirdi.

Görüş əsnasında hökumətlərarası birgə komissiyanın qarşıdan gələn iclası, Xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin gücləndirilməsi və qarşılıqlı səfərlərin təşkil edilməsi məsələləri üzrə müzakirələr aparılıb.


Teqlər:  





Xəbər lenti