ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

 ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
  21 Noyabr 2018    Oxunub:3164
ABŞ Suriyaya neft tədarükünə dəstək verdiklərinə görə 6 fiziki və 3 hüquqi şəxsə sanksiya tətbiq edib.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Onların arasında Rusiyanın “Global Vision Group” və “Promsıryoimport” şirkətləri, həmçinin sonuncunun baş direktorunun birinci müavini Andrey Doqayev də var.

Bununla yanaşı, siyahıya İranın “Tadbir Kish” şirkətinin də adı daxil edilib. Suriyaya İran neftinin idxalının əsas təşkilatçısı kimi “Global Visin Group” şirkətinin sahibi, Suriya vətəndaşı Məhəmməd Əmir əş-Şvikinin adı hallanır.

Ağ Evin yüksək rütbəli rəsmisinin sözlərinə görə, “İran-Rusiya şəbəkəsi”nin sayəsində Suriya iqtidarı İrandan milyonlarla barel neft alır, İran isə bunun müqabilində aldığı yüz milyonlarla dollar vəsaiti İnqilab Keşikçiləri Qvardiyasını, həmçinin "Həmas" və "Hizbullah" kimi təşkilatları maliyyələşdirməyə sərf edir.

Azvision.az



Teqlər: ABŞ   Sanksiya  





Xəbər lenti