Meşə yanğınlarında ölü sayı 84 nəfərə çatıb

Meşə yanğınlarında ölü sayı 84 nəfərə çatıb
  21 Noyabr 2018    Oxunub:2224
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, ölənlərin şəxsiyyəti DNT analizləri ilə müəyyənləşdirilib. Bundan başqa, təbii fəlakət nəticəsində 699 nəfər itkin düşüb.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları 8 noyabrdan başlayıb və indiyədək ştat tarixində ən böyük yanğına çevrilib. Təbii fəlakət artıq 8800-dən çox infrastrukturu dağıdıb, 52 mindən çox insan təxliyə olunub. 250 min sakin isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Azvision.az



Teqlər: Kaliforniya   Meşə   Yanğın  





Xəbər lenti