ABŞ Arktikada hərbi iştirakını gücləndirir

 ABŞ Arktikada hərbi iştirakını gücləndirir
  21 Noyabr 2018    Oxunub:2388
ABŞ-ın hesablama palatasının regionda Amerikanın qarşısında dayanan təhdidlərlə bağlı rəsmi hesabatında qeyd olunur ki, ABŞ Arktikadakı hərbi mövcudluğunu gücləndirməlidir.
Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, sənəddə 1981-ci ildən etibarən Arktikanın buz sahəsinin əhəmiyyətli dərəcədə kiçildiyi və bunun kommersiya maraqlarının kəsişməsinə, nəticədə isə ABŞ təhlükəsizliyinə yeni təhdidlərə səbəb olacağı deyilir.

“Bu cür dəyişikliklər regionda kommersiya və digər dəniz fəaliyyətlərinin cəmləşməsinə gətirib çıxara bilər ki, suveren hüquqlarla bağlı mübahisələr də daxil omaqla, ABŞ-ın Arktikadakı silahlı qüvvələrinin və daxili təhlükəsizlik qüvvələrinin iştirakını artırmasını tələb edir”, – sənəddə yazılıb.

Həmçinin qeyd olunub ki, Şimal Buzlu okeanının geniş akvatoriyasında ABŞ-ın maraqlarının müdafiəsi üçün Vaşinqton lazımi hərbi imkanlara malik olmalıdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Arktika   ABŞ  





Xəbər lenti