SECO-nun Azərbaycan fəaliyyəti müzakirə edildi

SECO-nun Azərbaycan fəaliyyəti müzakirə edildi
  01 Noyabr 2013    Oxunub:1335
SECO-nun Azərbaycanla bağlı portfelinə dair fikir mübadiləsi aparılıb.
AzVision.az xəbər verir ki, bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov xanım Martina Şvabın başçılıq etdiyi İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndə heyətini qəbul edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə, əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə SECO arasında əməkdaşlığın mümkün potensial sahələri və onların gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, tərəflər arasında bu sahədə göstərilən səylərin bundan sonra da davam etdirilməsi barədə razılığa gəlinib.

Hər iki tərəfdən əməkdaşlığın əsas prioritet sahələri kimi kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması, müvafiq normativ bazanın formalaşdırılması, maliyyə xidmətlərinin dairəsinin genişləndirilməsi, fermerlərə və kənd təsərrüfatı sahəsində ayrı-ayrı peşə sahiblərinə praktik təlimlərin keçirilməsi, habelə tələbata görə xidmətlərin göstərilməsi (müvafiq araşdırmaların aparılması, zəruri islahatların həyata keçirilməsinə dəstəyin göstərilməsi və s.) müəyyən edilib, həmçinin, ümumilikdə yumşaq komponentlər üzrə SECO-nun Azərbaycanla bağlı portfelinə dair ətraflı fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti