KTMT Qarabağ probleminin dinc həllinin tərəfdarıdır

KTMT Qarabağ probleminin dinc həllinin tərəfdarıdır
  01 Noyabr 2013    Oxunub:885
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası (KTMT PA) postsovet məkanındakı bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ ixtilafının dinc yolla həlli haqda bəyanat hazırlamaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu erməni jurnalistlərinə KTMT PA-nın müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının başçısı Anatoliy Vıbornıy Ermənistanın Azərbaycanla sərhədindəki posta baş çəkdikdən sonra deyib. Onun sözlərinə görə, başlıca hədəf istənilən hərbi kataklizmin və insan ölümünü qarşısını almaqdır.

Qeyd edək ki, bu günlərdə İrəvanda komissiyanın qapalı iclası keçirilib. İclasda Ermənistanın təkidi ilə Azərbaycanın sürətlə silahlanması məsələsi də müzakirə edilib.


Teqlər:  





Xəbər lenti