81 yaşlı erməni özünü Rusiya səfirliyinin qarşısında yandırdı

 81 yaşlı erməni özünü Rusiya səfirliyinin qarşısında yandırdı
  21 Noyabr 2018    Oxunub:3616
Ermənistanın 81 yaşlı vətəndaşı Nəriman Muradyan Rusiyanın İrəvandakı səfirliyi önündə özünü yandıraraq intihara cəhd edib.

Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, insident ötən gün baş verib. Belə ki, Tavuş əyalətinin sakini olan qoca kişi əlində benzin doldurulmuş butulka və kibritlə səfirliyin binası önünə gələrək özünü yandırmaq istəyib.
Lakin hadisə yerinə gələn polis intihar cəhdinin qarşısını ala bilib. Daha sonra Muradyan polis məntəqəsinə aparılıb.

Polisdə dindirilmə zamanı 81 yaşlı erməni bildirib ki, onu intihara vadar edən səbəb ağır sosial vəziyyətidir. Muradyanın sözlərinə görə, ahıl olmasına baxmayaraq dövlətin qayğısından kənarda qalıb, özü isə səhhəti ilə əlaqədar işləyə bilmir. Nəticədə normal yaşayışı üçün heç bir imkanı qalmayıb.

İnsidentlə bağlı İrəvan polisi müvafiq materiallar hazırlayır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Rusiya   İrəvan  





Xəbər lenti