Makron: “Biz qorxmamalıyıq, yolumuzu kəsə bilməzlər”

 Makron:  “Biz qorxmamalıyıq, yolumuzu kəsə bilməzlər”
  21 Noyabr 2018    Oxunub:3213
Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqına (Aİ) üzv dövlətlər tərəfindən birgə qərarların qəbulu zamanı yekdillik prinsipindən imtina üçün İttifaq qanunvericiliyinə dəyişikliklər olunmasını təklif edib.
Azvision.az “EurActiv” portalına istinadən xəbər verir ki, Belçikada səfərdə olan Makron Luven Universitetinin tələbələri qarşısında bu cür təkliflə çıxış edib.

“Mən müqavilələrin dəyişdirilməsinin tərəfdarıyam və biz elə məqama çatmışıq ki, bunu etməliyik. Biz qorxmamalıyıq, amma nəzərə almalıyıq ki, dəyişikliyə qarşı çıxanlar daha başqalarının yolunu kəsə bilməzlər. Son 5-10 ildə etdiyimiz böyük səhv odur ki, biz həmişə hər şeyi 28-lik səviyyəsində, sabah isə bəlkə də “Brexit”dən sonra 27 üzv səviyyəsində həll etmək istəyirik” - Fransa prezidenti bəyan edib.

Makronun sözlərinə görə, Aİ-da inteqrasiya proseslərinin əsas xətti üzv ölkələrin iki qismə: inteqrasiyanın daha da təkmil formasının tərəfdarlarına və indiki mərhələdə buna hazır olmayanlara bölünməlidir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Belçika   Fransa   Avropaİttifaqı  





Xəbər lenti