Putin adı qətldə hallanan şahzadə ilə görüşəcək

Putin adı qətldə hallanan şahzadə ilə görüşəcək
  21 Noyabr 2018    Oxunub:4523
Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşə bilər.

Azvision.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peksov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüş 30 noyabr – 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “G20” (“Böyük səkkizlik”) sammiti çərçivəsində baş tutacaq.

“Belə bir görüşü istisna etmək olmaz. Amma mən görüşdə nələrin müzakirə olunacağını bilmirəm. Hərçənd, onlar neft bazarındakı dəyişikliklər barədə fikir mübadiləsi apara bilərlər”, – Peskov deyib.

Qeyd edək ki, G20 sammitində iştirak səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra xaricə ilk səfəri olacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Argentina   Rusiya   G20  





Xəbər lenti