Tramp Səudiyyəyə təşəkkür etdi

 Tramp Səudiyyəyə təşəkkür etdi
  21 Noyabr 2018    Oxunub:3474
ABŞ prezidenti Donald Tramp dünya bazarında neft qiymətlərinin düşməsilə əlaqədar Səudiyyə Ərəbistanına təşəkkür edib.

Azvision.az xəbər verir ki, bu barədə Tramp "Tvitter" səhifəsindəki yazısında qeyd edib. Onun sözlərinə görə, qiymətlərin düşməsi amerikalıların, eləcə də, hər kəsin xeyrinədir.
“Neft qiymətləri aşağı düşür. Əladır! Bu, Amerika və dünya üçün böyük vergi ixtisarı kimidir. Zövq alın! Neftin qiyməti 54 dollara enib, bir qədər əvvəl isə 82 dollar idi. Təşəkkürlər, Səudiyyə Ərəbistanı, amma gəlin qiymətləri daha da aşağı salaq!” – Tramp yazıb.

Qeyd edək ki, jurnalist Camal Kaşoqinin qətlinə rəğmən, Tramp ABŞ-ın Ər-Riyadın sarsılmaz müttəfiqi olaraq qalacağını bəyan etmişdi. Konqressmenlər silah satışının qadağası da daxil olmaqla Ağ Evdən Səudiyyəyə qarşı sanksiyaların tətbiqini tələb etsə də, Tramp belə bir addımın Rusiya və Çinin xeyrinə olacağını bildirib.

Həmçinin iddia olunur ki, Kaşoqinin qətli ilə bağlı ittihamların yumşaldılması müqabilində Ər-Riyad neft qiymətlərinin salınması ilə bağlı Trampın tələblərini icra etməli olub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   ABŞ  





Xəbər lenti