Rusiya aeroportlarına azərbaycanlıların adları verilə bilər

 Rusiya aeroportlarına azərbaycanlıların adları verilə bilər
  21 Noyabr 2018    Oxunub:3722
Rusiyada fəaliyyət göstərən 2 hava limanına məşhur azərbaycanlıların adları verilə bilər.

Hazırda potensial namizədləri müəyyən etmək üçün onlayn sorğu keçirilir. Sorğunun nəticələrinə əsasən, 47 yerli aeroporta müxtəlif şəxslərin adları veriləcək.
Təklif edilən namizədlər arasında neft-qaz sahəsi üzrə tanınmış soydaşlarımız - Fərman Salmanov və Sabit Orucov da var. 1-ci Nijnevartovsk və Surqut beynəlxalq hava limanları, 2-ci isə Yeni Urenqoy beynəlxalq aeroportu üçün əsas namizəd göstərilib.

Qeyd edək ki, səsvermədə Rusiyanın mobil operatorlarına məxsus nömrəsi olan şəxslər və yerli sosial şəbəkə istifadəçiləri iştirak edə bilərlər. (Report)

Azvision.az



Teqlər:





Xəbər lenti