Merkelə bomba göndərən qadın 8 ildən sonra tutuldu

Merkelə bomba göndərən qadın 8 ildən sonra tutuldu
  22 Noyabr 2018    Oxunub:3615
Almaniya kansleri Angela Merkelə partlayıcı maddə göndərən qadın həbs olunub.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı Yunanıstan vətəndaşı paytaxt Afinada saxlanılıb.
Məlumata görə, 2010-cu ildə Merkelə göndərilən 14 bombalı paketdə həmin şəxsin əl izləri aşkar edilib. Bu səbəbdən onun həbsinə qərar verilib.

Kitab mağazası işlədən qadın isə ittihamları rədd edərək, Merkelə hər hansı bağlama göndərmədiyini, əl izlərinin həmin paketlərə necə düşməsindən xəbərsiz olduğunu söyləyib.

Azvision.az


Teqlər: Merkel  





Xəbər lenti