26 yaşlı hakimdən 300-dən çox uşağa qarşı çirkin əməl

  21 Noyabr 2018    Oxunub : 3068
26 yaşlı hakimdən 300-dən çox uşağa qarşı çirkin əməl
Norveçdə 26 yaşlı futbol hakimi ölkədə böyük qalmaqala səbəb olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan hakimin 300-dən çox uşağı cinsi təcavüzə məruz qoyduğu bildirilir.

Araşdırma zamanı həmin şəxsin çirkin əməlləri üzə çıxıb. Belə ki, internet saytlarında saxta profillərlə özünü qadın kimi təqdim edən hakim əsasən azyaşlı oğlan uşaqları ilə təmas qurub. Müəyyən müddət yazışdıqdan sonra azyaşlılardan ona çılpaq foto və videolar göndərilməsini tələb edib. İnternet manyakının toruna düşən uşaqlar onun tələblərini yerinə yetirmədikdə şantajla üzləşiblər.

Polisin keçirdiyi əməliyyat nəticəsində pedofil hakim saxlanılıb. Onun 2011-ci ildən oxşar cinayətlərə yol verdiyi aşkar edilib. Manyak hakimin qurbanları daha çox 13-16 yaşlı oğlan uşaqlarıdır.

Azvision.az

Teqlər: Manyak