Səlim Müslümov üçün ÖZƏL GÜN

Səlim Müslümov üçün ÖZƏL GÜN
  01 Noyabr 2013    Oxunub:1602
52-ci payızını yaşayan nazir

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun doğum günüdür. AzVision.az-ın məlumatına görə, yenicə nazir postuna təyinat alan Səlim Müslümov ömrünün 52-ci payızını qeyd edir. Səlim Müslümov zəngin iş fəaliyyəti ilə bərabər maraqlı həyat yolu ilə seçilir.

Yeni nazir 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub. Nazir 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib.

1983-1987-ci illərdə Moskva Dövlət Universitetininməqsədli aspiranturasında təhsilini davam etdirib. 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yüksəlib.

S.Müslümov daha sonra müəllim kimi fəaliyyət göstərməyə başlayıb. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub.

1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. S.Müslümovun vəifəsi bir qədər yüksəldilərək 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilib.

2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə yüksəlib.

2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilib. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.

Səlim Müslümov həmçisin digər həmkarları arasında zəngin yaradıcılığı ilə də seçilib.

O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir. Yeni nazir həmçinin gömrük xidməti general-mayoru rütbəsinə sahibdir.

Belə ki, Səlim Müslümov üçün ən unudulmaz günlərdən biri də onun nazir vəzifəsinə təyin olunduğu gündür.

52 yaşlı Səlim Müslümov 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Rus və ingilis dillərində sərbəst danışır.

Evlidir, 3 övladı var.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti