Ermənistan KTMT-dəki daimi nümayəndəsini dəyişdi

 Ermənistan KTMT-dəki daimi nümayəndəsini dəyişdi
  22 Noyabr 2018    Oxunub:3485
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsini dəyişib.
Azvision.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın imzaladığı fərmana əsasən, bu ölkənin KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi David Virabyan tutduğu postundan geri çağırılıb.

Prezidentin digər fərmanı ilə Viktor Biyaqov Ermənistanın KTMT-dəki yeni daimi və səlahiyyətli nümayəndəsi təyin olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   KTMT  





Xəbər lenti