Ərdoğan Kaşoqinin qətlindəki əsas şübhəli ilə görüşəcək

 Ərdoğan Kaşoqinin qətlindəki əsas şübhəli ilə görüşəcək
  22 Noyabr 2018    Oxunub:3138
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşə bilər.

Azvision.az xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat katibi İbrahim Kalın Ankarada keçirilən “Türkiyə-Rusiya münasibətləri: gələcəyin obrazını yaradarkən” adlı forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, görüş 30 noyabr - 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “G20” (“Böyük səkkizlik”) sammiti çərçivəsində baş tuta bilər.

“Prezidentin proqramına baxırıq, belə bir görüş ola bilər”, – deyə Kalin bildirib.

Qeyd edək ki, G20 sammitində iştirak səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra xaricə ilk səfəri olacaq. Sammit çərçivəsində vəliəhdin Rusiya prezidenti Vladimir Putinlə də görüşü planlaşdırılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Türkiyə   G20  





Xəbər lenti