YAP müxalifətin dialoq təklifinə CAVAB verdi

YAP müxalifətin dialoq təklifinə CAVAB verdi
  01 Noyabr 2013    Oxunub:1022
“Yeni Azərbaycan Partiyası dialoqa tam hazırdır“

Bunu AzVision.az-a açıqlamasında hakim partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı müxalifətin dialoq təklifinə münasibət bildirərkən deyib.

M.Qurbanlı YAP-ın həmişə dialoq açıq olduğunu diqqətə çatdırıb.

“Biz dialoq üçün açığıq. Amma hansısa dağıdıcı elementlərlə, qanuna zidd əməllərlə məşğul olan qruplarla yox, normal siyasi qruplarla”.
YAP funsioneri vurğulayıb ki, iqtidar yalnız konstitusiya çərçivəsində fəaliyyət göstərən qruplarla dialoqa hazırdır:

“Milli Şura adlanan qurum partiya deyil, rəsmi qeydiyyatı olmayan qurumdur. Parlament siyasi partiyaların dialoqu üçün uyğundur. Digər bütün partiyalarla da dialoqa açığıq”.

Qeyd edək ki, Milli Şura üzvü Eldəniz Quliyev AzVision.az-a açıqlamasında iqtidarla dialoqa maraqlı olduqlarını vurğulayıb.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti