Ermənilər Laçına alternativ yol çəkir

Ermənilər Laçına alternativ yol çəkir
  01 Noyabr 2013    Oxunub:1881
Vardanes-Martakert (Basarkeçər-Ağdərə) magistralının asfaltlanması Yerevandan Azərbaycanın işğal edilən torpaqlarına məsafəni qısaldacaq.

Ermənistandan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə aparan yeni yol inşa etmək qərarına gəlib. Daha dəqiq desək, Vardanes-Martakert (Basarkeçər-Ağdərə) magistralı təmir ediləcək. AzVision.az-ın erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Qeqarkunik vilayətinin qubernatoru Rafiq Qriqoryan bildirib.

Onun sözlərinə görə, hazırda yol təmirsiz olduğu üçün nəqliyyat vasitələri çətinliklə hərəkət edir, qış aylarında isə gediş-gəliş tamamilə məhdudlaşır.

Vardenis Martakert yolunun inşası üçün ermənilər noyabrın 28 də üçün ABŞ-da telemarafon keçirəcəklər. Bu məqsədlə “Bütün ermənilərin fondu “Hayastan” ABŞ-ın qərb regionunda kampaniyaya başlayıb. Canlı yayımla göstəriləcək 12 saatlıq proqram Təşəkkür gününə təsadüf edir. Ermənilərin strateji cəhətdən ən mühüm magistralı hesab edilən 115 km uzunluqdakı bu yol 30 kənddən keçəcək. Yeni müasir tələblərə cavab verəcək yolun tikintisi ermənilərə 30 milyon dollara başa gələcək. Tikinti işləri çərçivəsində 16 körpü salınacaq.

Rafiq Qriqoryanın sözlərinə görə, təmirdən sonra Ermənistanın şərq rayonlarından, eləcədə paytaxt Yerevandan Azərbaycanın işğal altında olan torpaqlarına məsafənin 2 dəfə qısalacağını deyib.



Hazırda Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə yol Laçından keçir.(Qoris-Stepanakert)

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti