Ərdoğan vəliəhd şahzadə ilə görüşdən imtina etdi

Ərdoğan vəliəhd şahzadə ilə görüşdən imtina etdi
  22 Noyabr 2018    Oxunub:5317
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “G20” (“Böyük səkkizlik”) sammitində iştirak üçün Argentinaya səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşməyəcəyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.

Qeyd edək ki, bir neçə saat əvvəl Ərdoğanın mətbuat katibi İbrahim Kalın 30 noyabr - 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “G20” (“Böyük səkkizlik”) sammiti çərçivəsində Türkiyə prezidenti ilə Səudiyyənin vəliəhd şahzadəsi arasında görüşün baş tuta biləcəyini demişdi.

“Prezidentin proqramına baxırıq, belə bir görüş ola bilər”, – Kalın bildirmişdi.

Qeyd edək ki, G20 sammitində iştirak səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra xaricə ilk səfəri olacaq. Sammit çərçivəsində vəliəhdin Rusiya prezidenti Vladimir Putinlə də görüşü planlaşdırılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Türkiyə   G20  





Xəbər lenti