İraq ABŞ-ın diktəsini qəbul etməyəcək - Baş nazir

İraq ABŞ-ın diktəsini qəbul etməyəcək -  Baş nazir
  22 Noyabr 2018    Oxunub:3798
İraq hökuməti ABŞ-ın İranın enerji, nəqliyyat və bank kimi vacib sektorlarına qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ikinci raunduna riayət etməkdən imtina edir.
Azvision.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, 25 oktyabrdan etibarən İraqın yeni baş naziri təyin olunan Adil Əbdül Mehdi bu cür bəyanatla çıxış edib.

“Sanksiyalarla bağlı qərar nə beynəlxalq sənəddir, nə İraqındır, nə də BMT qətnamələrinin tərkib hissəsidir. Bu, Amerikanın qərarıdır. Bağdad Tehrana qarşı maliyyə sanksiyalarına əməl etməkdən imtina edir. İraq başqasının diktəsini qəbul etməyəcək və ABŞ-ın xarici siyasətilə qarşıdurmaya, yaxud başqa ölkə əleyhinə hansısa aqressiyaya getməyə məcbur deyil. Biz İraqı ABŞ-ın istər qonşumuzun, istərsə də dünyanın başqa ölkəsinin daxili işlərinə, problemlərinə müdaxiləsindən qorumaq istəyirik” - Əbdül Mehdi vurğulayıb.

Qeyd edək ki, ötən bazar İraq prezidenti Bərham Saleh Tehrana səfər edərək iranlı həmkarı Həsən Ruhani ilə görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsini, həmçinin, İraq-İran sərhəddində azad ticarət zonasının yaradılması məsələsini müzakirə ediblər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   İraq   ABŞ   BMT  





Xəbər lenti