YAP-çı deputat müxalifətdən şikayətləndi

YAP-çı deputat müxalifətdən şikayətləndi
  01 Noyabr 2013    Oxunub:1138
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müxalifətdən şikayətlənib.
AzVision.az saytının məlumatına görə, deputat müxalif düşərgəni Rusiyanın Ermənistandakı hərbi bazasının komandiri polkvnik Ruzunskinin Azərbaycanla bağlı bəyanatına reaksiya verməməkdə günahlandırıb.

“Srağagün Rusiyanın Ermənistandakı hərbi bazasının komandiri polkvnik Ruzunski bildirdi ki, “Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər”.

Bu bəyanat verilən iki gün ərzində müxalifət düşərgəsindən heç bir kəs, heç bir təşkilat rus polkovnikinin Azərbaycanı həyasızcasına hədələməsinə münasibət bildirmədi. Digər zamanlarda bəyantlar yayan, icazəsiz aksiyalar keçirən milli müxaliflərimiz bu təhdid olayında susmağa üstünlük verdilər. Sanki, bu təhlükəli bəyanat onların da yaşadığı Azərbaycan haqqında deyil, uzq bir diyar haqqında verilib.

Müxalifətin bu situasiyada susması və reaksiya verməməsi böyük sual doğurur”.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti