Sudan Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Nafi qeyd edib ki, Sudan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycan dövlətinin səylərini yüksək qiymətləndirir.
Prezident köməkçisi onu da qeyd edib ki, ölkəsi Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük əhəmiyyət verir: "Azərbaycanla əlaqələrin daha da dərinləşməsi Sudan üçün çox əhəmiyyətlidir".
Onun sözlərinə görə, Azərbaycanda III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Sudandan böyük heyətin gəlməsi onu göstərir ki, Sudan Azərbaycanla əlaqələrin hərtərəfli inkişaf etməsinə önəm verir.