Çətir lazım olmadı

Çətir lazım olmadı
  07 Mart 2013    Oxunub:1551
Bu gün hava yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, hava yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 06-dan 07-nə keçən gecə və səhər havanın bəzi şərq rayonlarında yağıntılı olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti