Çin konsulluğuna silahlı hücum: Ölənlər var

Çin konsulluğuna silahlı hücum: Ölənlər var
  23 Noyabr 2018    Oxunub:4371
Çinin Pakistanın Kəraçi şəhərində yerləşən konsulluğunun binasına silahlı hücum nəticəsində 2 polis əməkdaşı ölüb, biri isə yaralanıb.

Azvision.az“Al Jazeera”yə istinadən xəbər verir ki, səfirliyə hücum edənlər “Bəlucistan Azadlıq Ordusu” separatçı qruplaşmasının üzvləridir.
İlkin məlumata əsasən, 3 nəfərdən ibarət qruplaşma Çin konsulluğa atəş açıblar və sonra əl qumbarası partladıblar. Konsulluğun mühafizəçiləri qruplaşmaya müqavimət göstərmək üçün onlarla atışmaya girib və nəticədə 2 polis əməkdaşı həyatını itirib. Lakin daha sonra Pakistan polisi hücum edən 3 nəfəri öldürərək zərərsizləşdirə bilib.

“Konsulluqda çalışan ümumilikdə 21 nəfər çinli dostlarımız və rəsmilərin hər biri salamatdır və onlar daha təhlükəsiz əraziyə köçürülüblər” – Pakistanın xarici işlər naziri Şah Məhəmməd Qureşi bildiirb.

Hazırda hadisə yerinə polis qüvvələri və xüsusi təyinatlılar cəlb olunub, araşdırma aparılır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Pakistan   Çin  





Xəbər lenti